''Beşiktaş''da mövsümün sonunda, daha dəqiq desək mayda prezident seçkiləri keçiriləcək. İndiki rəhbərlik növbədənkənar seçkilər sayəsində seçilmişdi. Başqan Hasan Arat Ahmet Nur Çəbinin istefasından sonra ötən ilin dekabrın 3-də seçkilərdə qalib gəlmişdi.
Mayda baş tutacaq seçkilərlə bağlı isə ortaya sürpriz bir iddia atılıb. Belə ki, sabiq başqan Fikrət Ormanın yenidən namizədliyini irəli sürəcəyi və Aratın əsas rəqibinə çevriləcəyi barədə şayiələr yayılıb. Orman hələ ki, bu şayiəyə münasibət bildirməyib. 57 yaşlı Orman klubun ən uğurlu başqalarından biri olub. O 2012-19-cu illərdə bu vəzifəni icra etmiş və daha sonra klubda Ahmet Nur Çəbinin dönəmi başlamışdı. Onun 7,5 illik başqanlıq dönəmində ''Beşiktaş'' iki dəfə çempion olmuşdu.
Eləcə də 2017/18-də ''Qartal'' Çempionlar Liqasında öz qrupunu məğlubiyyətsiz lider kimi tamamlayan ilk Türkiyə klubu kimi turnirin tarixinə düşmüşdü. Bu uğurların hamısı Şenol Günəşin baş məşqçi olduğu dönəmə təsadüf etmişdi.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta