Vaniköydə 10 il əvvəl 42 milyon dollara satışa çıxarılan Abdülgaffar Karacadağ malikənəsi 32 milyon dollara (təxminən 1 milyard 100 milyon TL) satılıb.
Sahəsi 1100 kvadratmetr olan sahil iqamətgahı 10 otaq, 5 sanitar qovşağı, fitnes zalı, sauna, lift və 12 maşınlıq dayanacaqdan ibarətdir.
İNFOAZ.WS xəbər verir ki, 2014-cü ildə satışa çıxarılan malikanəni iş adamı Ərcüment Cafer Bayeqan 32 milyon dollara alıb.
Mülkiyyət sənədini şirkəti adından almayan Ərcüment Cafer Bayeqanın malikanədə ailəsi ilə birlikdə yaşayacağı bildirilib.
RAUF,
İNFOAZ.WS