"Qarabağ" bu gün UEFA Avropa Liqası Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, təmsilçimiz yarışın IV turu çərçivəsində Norveçdə "Budyo Qlimt"lə qarşılaşacaq.
"Aspmira" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:45-də startı veriləcək görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 və “Ayaks”a 0:3 hesabıyla uduzub. “Atlılar” 3 turdan sonra 36 komanda arasında sonuncudur.
Qeyd edək ki, "Qarabağ" növbəti turda Bakıda Fransa təmsilçisi "Olimpik Lion"u qəbul edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
"Budyo Qlimt" – "Qarabağ" 0:1 (1-ci hissə)
Qol: Toral Bayramov, 23.
Hakimlər: Luis Qodinyu, Rui Teixeyra, Pedru Almeyda, Andre Narkiso (hakimlər Portuqaliyadandır).
Hakim-inspektor: Ante Vuçemiloviç (Xorvatiya)
UEFA nümayəndəsi: Tammo Beyshuyzen (Niderland)
"Aspmira" stadionu
"Budyo Qlimt": 12. Haykin, 20. Syovold, 2. Nielsen, 4. Byortuft, 15. Byorkan, 26. Evyen, 7. Berq (k), 14. Saltnes, 77. Zikernaqel, 94. Mikkelsen, 23. Hauqe.
Ehtiyat oyunçular: 44. Bryöndbü, 5. Venbanqomo, 6. Qundersen, 8. Auklend, 11. Espeyord, 19. Fet, 21. Helmersen, 25. Maatta, 27. Syorli, 29. Tomiç, 30. Sorensen, 99. Juqen.
Baş məşqçi: Hyetil Knutsen.
"Qarabağ": 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 66. Patrik Andrade, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Emmanuel Addai, 18. Juninyo.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 2. Mateus Silva, 7. Yassin Benzia, 13. Bəhlul Mustafazadə, 15. Lenadro Andrade, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 29. Marko Veşoviç.
Baş məşqçi: Qurban Qurbanov.