AZ

Qlobal ekoloji problemlərə dair yeni kitab çapdan çıxıb

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının “Qlobal ekoloji problemlər: səbəblər, həlli yolları, yaşıl enerji” adlı kitabı çapdan çıxıb.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, kitab qlobal ekoloji problemlərin səbəblərinin təhlili və doğru həll yolunu seçmək baxımından mənbə hesab oluna bilər. Nəşrdə dünyanın bu sahədə ən son məlumatları geniş təhlil edilib. Həmçinin Azərbaycan dövlətinin ekoloji problemlərin həlli, yaşıl enerji sahəsində qəbul etdiyi sənədlər barədə məlumatlar yer alıb.

Kitab universitetlərin Ekologiya, Kimya, Fizika, Kimya-Texnologiya, Materialşünaslıq, Qida mühəndisliyi fakültələrinin tələbələri, magistrantlar, doktorantlar, tədqiqatçı alimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Seçilən
31
tehsil.biz

1Mənbələr