AZ

Makron sülh müqaviləsindən danışdı: “Çox vacibdir”

  “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid edirəm”.

Referans.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O, Budapeştdə Avropa Siyasi Birliyinin konfransında çıxışı zamanı Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalana biləcəyinə ümid etdiyini diqqətə çatdırıb.

“Ermənistan və Azərbaycan arasında gələcək qurmaq üçün mümkün olan hər şeyi etmək çox vacibdir. Və ümid edirəm ki, sülh müqaviləsi imzalanacaq”.

 Makron Avropanın gələcəyi ilə bağlı məsələlərdən də danışıb.

“Biz avropalılar artıq imperializm istəmirik. Qitəmizdə sərhədlərin yenidən nəzərdən keçirilməsinin tərəfdarıyıq”, – deyə Fransa prezidenti vurğulayıb.  

Seçilən
18
33
referans.az

10Mənbələr