AZ

Almaniya klassik “banan respublikasıdır” - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın mövcud siyasi sisteminin vəziyyətini şərh edib.

News24.az xəbər verir ki, onun sözlərinə görə, Almaniya hökumətinin ABŞ seçkilərindən sonra süqutu Almaniyanın “banan respublikası”nın klassik nümunəsi olduğunu nümayiş etdirib.

Zaxarova vurğulayıb ki, Almaniyadan başqa dünyada heç bir hökumət ABŞ seçkilərinin nəticələrinə görə öz hökumətini dəyişməyib.

"Almaniya hökuməti koalisiyasının dağılması Almaniyanın müasir siyasi sisteminin əsas problemini ortaya qoydu - bu, klassik "banan respublikasıdır"" deyə Telegram kanalında yazıb.

Məryəm İlhamqızı

Seçilən
31
news24.az

1Mənbələr