Rusiya İsrailin intensiv hücumlarına məruz qalan Livana yardım göndərib. Metbuat.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi davam edən humanitar böhran səbəbindən Livana 24 ton humanitar yardım göndərildiyini açıqlayıb. Açıqlamada, yardım paketinin əsasən qida ləvazimatları, təcili yardım avadanlıqları və tibbi ləvazimatlardan ibarət olduğu bildirilib. Açıqlamada bu yardım əməliyyatının Livana göndərilən üçüncü humanitar yardım paketi olduğu bildirilib. Qeyd edək ki, İsrailin Livana hücumlarından sonra ölkədə böhran müşahidə edilir. Müharibədən əvvəl iqtisadiyyatı ağır vəziyyətdə olan Livanda İsrailin hücumundan sonra durum daha da çətinləşib. Bir sıra ölkələrə Livana humanitar yardımlar göndərir.