AZ

İsrail ordusu Qəzzada məktəbi vurdu: 16 nəfər həlak olub

İsrail ordusu bir neçə saat fərqlə Qızzada köçkünlərin sığındığı məktəbi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Bildirilib ki, məcburi köçkünlərin sığındığı Nəsr rayonundakı Ər-Rimal məktəbinin ard-arda vurulması nəticəsində 16 nəfər ölüb, çoxlu sayda yaralı var: "Hücum zamanı aralarında qadın və uşaqların da olduğu 16 nəfər həlak olub, 30 nəfər yaralanıb".

Tahir Şəlvəli

MİA.AZ
 

Seçilən
41
1
mia.az

2Mənbələr