AZ

Pezeşkiandan Trampın qələbəsinə REAKSİYA: “Bizim üçün heç vaxt əhəmiyyyət kəsb etməyəcək”

İran Prezidenti Məsud Pezeşkian Donald Trampın ABŞ prezident seçkilərində qələbə qazanmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Entekhab” məlumat yayıb.

“ABŞ seçkilərində kimin qalib gəldiyi bizim üçün heç vaxt əhəmiyyyət kəsb etməyəcək, çünki ölkəmiz və hökumətimiz şərəfli və əzəmətli bir millətlə öz daxili gücünə əsaslanır. Başqa ölkələrlə münasibətlərimizi inkişaf etdirməkdə qapalı və məhdud baxışımız olmayacaq”, - deyə, Pezeşkian vurğulayıb.

İran prezidenti qeyd edib ki, Tehran İslam və qonşu ölkələrlə əlaqələrin inkişafını prioritet hesab edir.

Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr