Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönər hazırlanması ilə bağlı yeni qaydalar təsdiqləyib.
Xezerxeber.az xəbər verir ki, yeni tələblər dönər ətinin keyfiyyəti və tərkibini daha dəqiq tənzimləyir və bu dəyişikliklər qiymətlərə də təsir edə bilər.
Dönər ustaları yeni qaydaların onlara uyğun olmadığını, həm toyuq, həm də ət dönərinin qiymətlərinin yüksələcəyini deyirlər.
Yeni qaydalara əsasən, qırmızı ət dönəri yalnız qoyun, quzu və ya mal ətindən hazırlanmalı, toyuq dönəri isə yalnız toyuq və ya hind toyuğundan hazırlana bilər. AQTA həmçinin bildirir ki, çiy dönər və donu açılmış çiy dönərin şaquli vəziyyətdə daşınması üçün 4 saat limit qoyulub və bu müddət keçdikdən dərhal sonra bişirilməlidir. Bişirilmə anından sonra isə dönərin yararlılıq müddəti maksimum 12 saatdır.
Bu dəyişikliklər keyfiyyət standartlarını yüksəltməklə yanaşı, qiymətlərin artmasına səbəb ola bilər.