“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının IV turunda “Bodo-Qlimt”i məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
“Futbolçularıma təşəkkür edirəm. Tapşırıqların hər birini vaxtında yerinə yetirdilər. Uzaq səfərə gəlmişdik. Üzərimizdə təzyiq var idi. Uşaqlarla da danışdıq ki, məğlub ola bilərik, amma ruhsuz oynamamalıyıq. Futbolçularıma təşəkkür edirəm. Çox yaxşı komandaya qarşı oynadıq. Onların inkişafda olduğunu bu gün də gördük. Futbolçularıma bir daha təşəkkür edirəm. Özü də belə bir gün də – Zəfər günündə… Düşünürəm ki, bütün Azərbaycan xalqı bizi izləyirdi. Futbolçularımı, rəhbərliyi təbrik edirəm. Bura bizə dəstək üçün gələn azarkeşlərimizə təşəkkür edirəm. Oyundan əvvəl bizimçün kiçik, dəyərli hədiyyələr gətirdilər. Onlara təşəkkür edirəm. 7-8 nəfər olsa da, sanki bütün azarkeşlərimiz burda idi.