AZ

İranın XİN rəhbəri Avropa İttifaqına etirazını bildirib

"Yaxın Şərq regionunda davam edən böhranın əsas səbəbi İsrail rejimi tərəfindən müharibənin qızışdırılması və soyqırım törətməsidir..."
 
İranın xarici işlər naziri Abbas Araqçı Avropa İttifaqının İsrail rejiminin Fələstin və Livan xalqlarına qarşı cinayətləri ilə bağlı zəruri tədbirləri görməməsindən narazılığını bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Finlandiya baş diplomatı Elina Valtonenlə söhbəti zamanı bəyan edib. Məlumatı İranın İRNA agentliyi yayıb.
 
Araqçı qeyd edib ki, Yaxın Şərq regionunda davam edən böhranın əsas səbəbi İsrail rejimi tərəfindən müharibənin qızışdırılması və soyqırım törətməsidir. O, əlavə edib ki, bütün bunlar İran xalqının həmişə sülhə can atdığını nümayiş etdiyi zamanda baş verir.
 
Öz növbəsində Elina Valtonen bəyan edib ki, Finlandiya regionda böhrandan narahatdır və Yaxın Şərqdə sülh və sabitliyin tezliklə bərpa ediləcəyinə ümid etdiyini ifadə edib.
 
Danışıqların gedişində hər iki diplomat İranla Finlandiya arasında ikitərəfli əlaqələrinin genişləndirilməsi və konsulluq əməkdaşlığının fəallaşdırılmasına yönələn dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayıb.
 
Xatırladaq ki, noyabrın 5-də Misir XİN rəhbəri Bədr Əbdül-Ati ilə söhbətində Abbas Araqçı İsrail rejiminin soyqırım maşınının dayandırılması məqsədilə beynəlxalq birliyin təxirəsalınmaz və səmərəli fəaliyyətinin zəruriliyini vurğulayıb.
Seçilən
28
moderator.az

1Mənbələr