AZ

Ariana Qrande 100 karatlıq brilyant taxıb - FOTO

Müğənni Ariana Qrande ictimaiyyət qarşısına 100 karat brilyant taxaraq çıxıb.
 

Sfera.az xəbər verir ki, Ariana Qrande Sidneydə "Pislər" filminin premyerasına gəlib . Çıxış üçün o, tozlu çəhrayı "Vivienne Westwood" paltarı seçib. Görünüşü ümumi çəkisi 100 karat olan "Lorraine Schwartz" brendinin almaz zinət əşyaları tamamlayıb.
 

2023-cü ilin sentyabr ayının ortalarında məlum oldu ki, Ariana Qrande və lüks daşınmaz əmlak agenti Dalton Qomez boşanmaq üçün məhkəməyə müraciət ediblər. Cütlüyün ayrılmasının rəsmi səbəbi “barışmaz fikir ayrılıqları” olub. Üstəlik, Ariana Qrande ilə Dalton Qomez arasındakı münasibət 20 fevral 2023-cü ildə bitib. Müğənni və rieltor təfərrüatları üzə çıxarmağa və boşanma ilə bağlı razılığa gəlməyə çalışdıqları üçün ayrılmağa tələsməyiblər.
 

Bundan sonra Arina Qrande aktyor Ethan Slater ilə görüşməyə başlayəb. Pop müğənnisi və yeni sevgilisi "Wicked" adlı musiqili filmdə birlikdə rol alırlar. Bundan əlavə, Slater Amerika teatrsevərlərinə Broadway musiqili SpongeBob SquarePants-da baş rolu ilə tanınır.

İnci

Seçilən
26
sfera.az

1Mənbələr