AZ

Gülbən Ergen Narinin məhkəməsinə qatıldı - Vəkillər etiraz etdi

Türkiyənin Diyarbəkir şəhərində itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güran işi ilə bağlı məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmə prosesinə türkiyəli sənətçi Gülbən Ergen də qatılıb.

Lakin onun bu təşəbbüsü birmənalı qarşılanmayıb. Belə ki, qapalı keçiriləcəyi deyilən iclasda kənar vəkillərin iştirakına icazə verilməyib.

Belə olan halda sənətçinin məhkəmə zalına buraxılması vəkillərin etirazına səbəb olub.

Məsələ ilə bağlı Gülbən Ergen sosial media hesabında paylaşım edərək, iclasda iştirakı üçün öncədən icazə aldığını bildirib:

“Narin qızımızın 78 gündür yaxından izlədiyim işinə sahib çıxdım. Gecə yarısı məzarını ziyarət etdim. Şöhrətimlə burda deyiləm.  Məşhurlar heç bunu etməz də. Vicdanım, mərhəmətim, analığım, “Çocuklar Gülsün Diye” qurduğum Cəmiyyət üçün burdayam. Şəxsiyyət vəsiqəmi və Məhkumluq haqqında arayışımı günlər öncədən təqdim edib icazə alaraq burdayam”.


Seçilən
14
1
qafqazinfo.az

2Mənbələr