AZ

“Qarabağ”dan Zəfər Gününə HƏDİYYƏ – VİDEO

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyuna çıxıb.

Qurban Qurbanovun yetirmələri Liqa mərhələsinin IV turunda “Bodo-Qlimt”lə qarşılaşıb.

Ağdamlılar matça fəal başlayıb. 2 qol vuran təmsilçimiz qapısında 1 top görüb. Bununla da, “Qarabağ” Avropa Liqasında mövsümdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 və “Ayaks”a 0:3 hesabıyla uduzub.

UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur

7 noyabr

 

21:45 “Bodo-Qlimt” (Norveç) – “Qarabağ” 1:2
Qollar: Patrik Berq, 41 – Toral Bayramov, 22, Abdullah Zubir, 69
Baş hakim: Luis Qudinyu (Portuqaliya)

 

“Bodo Qlimt”: 12. Nikita Haikin, 20. Fredrik Sjovold, 2. Villads Nielsen, 4. Odin Bjortuft, 15. Fredrik Andre Bjorkan, 26. Hakon Evjen, 7. Patrik Berq (k), 14. Ulrik Saltnes, 77. Filip Zinckernagel, 23. Jens Petter Hauge, 94. August Mikkelsen

 

Baş məşqçi: Kjetil Knutsen

 

“Qarabağ”: 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Emmanuel Adday, 23. Aleksey Kaşuk, 18. Juninyo

 

Baş məşqçi: Qurban Qurbanov

Seçilən
23
8
tribunainfo.az

10Mənbələr