İran Prezidenti Məsud Pezeşkian ABŞ-də keçirilən prezident seçkisinə münasibət bildirib.
“Qafqazinfo” bu barədə İran mətbuatına istinadən xəbər verir.
“İran İslam Respublikası üçün ABŞ-də prezident seçkilərində kimin qalib olmasının fərqi yoxdur. Çünki ölkəmiz və hökumətimiz öz daxili gücünə əsaslanır”, - Pezeşkian bildirib.
İran Prezidenti deyib ki, ölkəsi qonşu dövlətlərlə əlaqələrin inkişafını prioritet hesab edir.