AZ

Zəfər Günü qələbəsi – ilk xallar Norveçdə qazanıldı

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini Zəfər günündə qazandı. Norveçdə “Bodo-Qlimt”i 2:1 hesabıyla məğlub edən “atlılar” aktivinə ilk xalları yazdırdı.

Turnirdəki birinci üç matçında məğlub olan və şansları minimum qiymətləndirilən Qurban Qurbanovun yetirmələri yenidən hər kəsi müsbət mənada təəccübləndirdi. Start heyətdə cinahlarda Aleksey Kaşuk və Emmanuel Addaiyə şans verən Qurbanov “Bodo-Qlimt”i də bu yanıltma ilə sınadı. Oyuna rəqib daha sürətli başlasa da, “Qarabağ” real qol imkanı yarada bilirdi. Lakin son dönəmlərdə formasından uzaq qalan Juninyo təkbətəki boşa verdi. Birinci hissənin ortalarında səhnəyə çıxan Toral Bayramov möhtəşəm zərbə ilə hesabı açmağa nail oldu. Qoldan sonra təzyiqini artıran “Bodo-Qlimt” fasiləyə qədər hesabı bərabərləşdirməyə də müvəffəq oldu.

İkinci hissə gözlənildiyi kimi “Bodo-Qlimt”in hücumları ilə başladı. Lakin oyun intizamından qopmayan və müdafiədə maksimum diqqətli olmağı bacaran “atlılar” qapısına qola qapadı. Əvəzində 5-10 dəqiqə tempi artırıb, bir qol vuran “Qarabağ” Zəfər günündə gözəl qələbə ilə Azərbaycan xalqını növbəti dəfə sevindirməyi bacardı.

“Portu”, “Braqa” kimi komandaları məğlub etməklə adından söz etdirən “Bodo-Qlimt” Azərbaycan çempionu qarşısında çarəsiz qaldı. Oyunun sonlarına yaxın artırılan təzyiq də nəticə vermədi və “Qarabağ” tarixi qələbə ilə aktivinə ilk xalları yazdırdı.

Qarşıda daha 4 oyun var və yeni formatlı Liqa mərhələsində pley-off şansları davam edir. “Qarabağ”ın növbəti rəqibi Fransanın “Lion” klubu olacaq. Görüş noyabrın 28-də Bakıda keçiriləcək. 36 komanda arasında 29-cu olan “atlılar” fransızları da məğlub edə bilsə, “24-lüy”ə düşəcək.

Kamil Əhməd

Seçilən
39
futbolpress.az

1Mənbələr