Demokrat namizədlər Rəşidə Tlaib və İlhan Ömər yenidən Konqresə seçildilər ki, bu da müsəlman və ərəblərin Amerika siyasətində təmsil olunması üçün mühüm qələbə oldu.
Moderator.az “Əl-Cəzirə” kanalına istinadla xəbər verir ki, ABŞ mediasının məlumatına görə, kökləri fələstinli olan Rəşidə Tlaib Miçiqan seçkilərində 77,13% səslə qalib gəlib.
Sosial ədalət və immiqrasiya məsələlərində fəallığı ilə tanınan Tlaib Nümayəndələr Palatasında ştatı təmsil etməyə davam edəcək. Somali əsilli amerikalı və Konqresə seçilən ilk müsəlman qadınlardan biri olan İlhan Ömər də Minnesota ştatının 5-ci Konqres dairəsində səslərin 76,37%-ni toplayaraq yenidən seçilib. Fələstin haqlarının açıq tərəfdarı olan Ömər ondan fərqli olaraq, rəqibi, özünü "dünyəvi müsəlman" və İsrail işğalının tərəfdarı kimi qələmə verən İraq əsilli mühacir respublikaçı Dalia Akkidini asanlıqla məğlub edib. Səslərin 87%-i hesablandıqdan sonra nəticələri açıqlayan "Associated Press" agentliyinin məlumatına görə, Ömər 76,4% səs, Akkidi isə 23,6% səs toplayıb.
2024-cü ilin noyabr seçkilərindən əvvəl Ömər avqustda keçirilən ilkin seçkilərdə ona qarşı çıxan Fələstin tərəfdarı olan Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin ("AIPAC") hücumları ilə üzləşib. Buna baxmayaraq, Ömər rəqibi Don Samuelsə ondan 3 dəfə çox vəsait yığaraq qalib gələ bilib. O, ilkin mərhələdə 1,6 milyon dollar, Samuels isə cəmi 535 min dollar toplayıb.
Sultan Laçın