AZ

BİZİM TƏQVİM: 8 noyabrda baş vermiş tarixi hadisələr

2020-ci ilin bu günündə 28 il yarım işğal altında olan Şuşa azad edildi. Azərbaycan Ordusunun döyüş meydanında düşməndən azad etdiyi sayca beşinci şəhər-rayon mərkəzi olan Şuşa eyni zamanda bu 43 gündə qazanılan qalibiyyətlərin baş tacı oldu.

Silahlı Qüvvələrimizin sentyabrın 27-də Qarabağda başlayan əks-həmlə əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 3 qəsəbə və 215 kənd işğaldan azad edilmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

BİZİM TƏQVİM: 7 noyabrda baş vermiş tarixi hadisələr


Bu siyahıya Cəbrayıl şəhəri və rayonun 79 kəndi, Füzuli şəhəri və rayonun 36 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 23 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 26 kəndi, Xocalı rayonunun 1 kəndi daxil idi.

Təsadüfi deyil ki, hər ilin 8 noyabrı Azərbaycan xalqı Zəfər Günü kimi qeyd edir.

Bəs, noyabrın 8-də dünyada daha nələr olub?

1. 8 noyabr 1520-ci ildə Danimarka Kralı 2-ci Kristianın göstərişilə İsveç zadəganlarına qarşı “Stokholm qətliamı” həyata keçirildi. Qətliam nəticəsində Danimarka ilə İsveç arasında müharibə başlandı.

2. 8 noyabr 1793-cü ilyə Parisdə dünya şöhrətli Luvr muzeyi açıldı. Muzey 13-cü əsrin əvvəllərində bir qala olaraq tikilib.

3. 8 noyabr 1895-ci ildə alman fiziki Vilhelm Rentgen (1845-1923) elektriklə eksperimentlər zamanı X-şüalar adlandırdığı şüanı kəşf edib.

4. 8 noyabr 1923-cü ildə Almaniyanın Bavariya əyalətində Adolf Hitler və tərəfdaşları Əyalət İdarəsində çevriliş həyata keçirməyə cəhd etdi, ancaq uğurlu ola bilmədi. Alman siyasi tarixində “Pivə çevrilişi” kimi yer alacaq təşəbbüs nəticəsində Hitler və yoldaşları yaxalanaraq həbs edildi. 

5. 8 noyabr 1988-ci ildə Çinin cənub-qərbindəki Yunnan əyalətində 7,2 bal gücündə zəlzələ baş verdi. Zəlzələ nəticəsində 730 nəfər həyatını itirdi, 400 min evə ziyan dəydi.

6. 8 noyabr 1992-ci ildə Almaniyanın paytaxtı Berlində artan irqçi siyasətlərə qarşı ölkə tarixinin ən böyük nümayişlərindən biri keçirildi. 350 minə yaxın adam nümayişdə iştirak etdi.

7. 8 noyabr 2000-ci ildə  Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında Azərbaycanın Avropa Şurasına dəvət edilməsi haqqında qətnamə qəbul edilib. 

8. 8 noyabr 2000-ci ildə Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü üçün yol xəritəsi xüsusiyyətindəki “İştirakçı sənədi” rəsmi olaraq elan edildi.   

9. 8 noyabr 2000-ci ildə ABŞ-da Al Qor və Respublikaçı Corc Vaşinqton arasındakı prezident seçkilərində səslərin bərabərə yaxın olması ölkədə xaosa səbəb oldu. İki namizəd arasında sadəcə 537 səs fərqi olması məsələsi ABŞ Ali Məhkəməsinə təqdim edildi. Məhkəmə 4-ə qarşı 5 səslə Corc Buşu seçkinin qalibi elan etdi.

10. 8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli Fərmanı ilə Bakı Metropoliteninin işə salınmasının 40 illik yubileyi münasibətilə təsis edilib. Hazırda Bakı Metropolitenində 25 stansiya var, onun xətlərinin ümumi uzunluğu 36,7 kilometrdir.

Noyabrın 8-də bu şəxsiyyətlər xatırlanır:

1. 8 noyabr 1934-cü ildə  ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhurriyyətinin sədri Əlimərdan bəy Topçubaşov vəfat edib( 4 may 1862- 1934).

2. 8 noyabr 1922-ci ildə Cənubi afrikalı cərrah və ictimai xadim Kristian Barnard (1922-2001) anadan olub. 

3. 8 noyabr 1935-ci ildə tanınmış fransız aktyoru və rejissoru Alen Delonun doğum günüdür. O, Fəxri legion ordeninin zabitidir.

4. 8 noyabr 1923-ci ildə  Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Əhmədov (1923 – 23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.

5. 8 noyabr 1930-ci ildə bəstəkar, Əməkdar incəsənət xadimi Əfsər Cavanşirov (1930 – 20.5.2006) dünyaya gəlib. Azərbaycan Televiziyası və Radiosu “Bənövşə” uşaq xorunun yaradıcısı və bədii rəhbəri olub. 

6. 8 noyabr 1939-cu ildə kino xadimi, səs rejissoru və operatoru Ələkbər Həsənzadə (1939 – 1.7.2019) doğulub. “Azərbaycanfilm”, “Lenfilm” kinostudiyalarında çalışıb, Rusiyanın Əməkdar incəsənət xadimi olub.

7. 8 noyabr 1944-ci ildə teatrşünas, yazıçı-publisist Cəlil Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.

8. 8 noyabr 2018-ci ildə Xalq artisti, görkəmli aktrisa Amaliya Pənahova (15.6.1945 – 2018) vəfat edib. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Filmlərdə yaddaqalan rollar oynayıb.

9. 8 noyabr 2021-ci ildə tanınmış rəssam Abbas Kazımov (1.1.1956 – 2021) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
21
bizim.media

1Mənbələr