AZ

"FED" faiz dərəcəsini azaltdı - "Bitcoin" bütün dövrlərin ən yüksək səviyyəsinə çatdı

"Bitcoin", ABŞ Mərkəzi Bankının (FED) uçot dərəcəsini 25 baza bəndi azaltmasından sonra bu həftə ikinci dəfə rekord qırdı.

Valyuta.Az xəbər verir ki, "FED"in ABŞ seçkilərindən sonrakı ilk yığıncağında faiz dərəcəsini 25 baza bəndi azaltması ilə "Bitcoin" 76 min 956 dollar səviyyəsini keçərək bütün dövrlərin ən yüksək səviyyəsinə çatdı, lakin daha sonra müəyyən eniş yaşadı.

Qeyd edək ki, kripto valyutalarına dəstəkverici çıxışları ilə tanınan prezidentliyə namizəd Donald Trampın seçkilərdə öndə olması, "Bitcoin"ə müsbət təsir göstərmişdi. Trampın 5 noyabrda nümayəndə sayı yüksək olan ştatlarda qalib gəlməsi, kripto bazarlarında da sürətli artımlara səbəb olmuşdu.

"Bitcoin"in 2024-cü ildəki 60%-dən çox yüksəlişi, qlobal səhm bazarlarını və qızıl kimi ənənəvi aktivləri geridə qoyub.

Rəhim

Seçilən
15
21
valyuta.az

10Mənbələr