AZ

Kapitan "Qarabağ"a məğlubiyyəti şərh etdi

"Məğlubiyyətə görə çox təəssüflənirəm. Məncə, komandamız daha yaxşı oynamağa qadirdir".

Sportnet.az xəbər verir ki, bunu "Bude/Qlimt"in kapitanı Patrik Berq UEFA Avropa Liqasının əsas mərhələsinin IV turunda evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra Norveç mətbuatına açıqlamasında deyib.

Komandasının yeganə qoluna imza atan oyunçu hesab 1:1 olarkən ələ düşən fürsətlərdən istifadə edə bimədiklərini bildirib: "Karyeramın ən pis gecələrindən birini yaşadım. Həlledici anlarda son ötürməni edə bilmədik. Məqsədimiz topa nəzarət və rəqibi daha çox qaçmağa məcbur etmək idi. Amma biz bu işin öhdəsindən çox pis gəldik. Nəticədə rəqibə rahat oynamaq imkanı yaratdıq. Bu oyundan nəticə çıxarıb yolumuza davam etməliyik".


Seçilən
16
1
sportnet.az

2Mənbələr