AZ

ABŞ və müttəfiqləri Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakına cavab verməyə hazırlaşırlar

Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə əlaqələri davam etdirir. Tərəflər Şimali Koreya qoşunlarının Ukrayna sərhədi yaxınlığında yerləşdirilməsinə cavab tədbirləri üzərində işləyirlər.

Bunu ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller deyib.

“Biz Şimali Koreya əsgərlərinin Kursk bölgəsinə yerləşdirilməsinə və onların potensial hərbi əməliyyatlara cəlb olunmasına müvafiq cavab tədbirləri ilə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşirik”, - o bəyan edib.

Eyni zamanda Miller qeyd edib ki, hələlik hər hansı konkret qərarla bağlı rəsmi açıqlamalar verə bilməz. Dövlət Departamentinin nümayəndəsi xatırladıb ki, bu məqsədlə əlli ölkəni birləşdirən bütöv bir koalisiya yığılıb.

"ABŞ adından biz Ukraynanı döyüş meydanında dəstəkləməyə davam edəcəyik və qurduğumuz ittifaqı qoruyub saxlamağa çalışacağıq", - Miller deyib.

Oxuməni.az

Seçilən
18
oxumeni.az

1Mənbələr