AZ

Azərbaycanın qeyri-neft-qaz ixracı 3,5 % artıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 2,8 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) noyabr ayı üçün “İxrac icmalı”nda qeyd edilib.

İcmala əsasən, bu ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsulları 13,6 faiz artaraq 803,1 milyon dollara bərabər olub.

Cari ilin 10 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 61,8 faiz artaraq 35,2 milyon dollar, pambıq lifi 63,9 faiz artaraq 161,4 milyon dollar, bitki mənşəli yağlar və piylər 29,4 faiz artaraq 22,8 milyon dollar, kimya sənayesi məhsulları 18,6 faiz artaraq 237,3 milyon dollar, spirtli və spirtsiz içkilərin ixracı 15,8 faiz artaraq 59,4 milyon dollar təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində aqrar məhsullar 5,7 faiz artaraq 603,5 milyon dollar, aqrar-sənaye məhsulları 60,3 faiz artaraq 260,9 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8 faiz artaraq 864,4 milyon dollar təşkil edib.

Fuad Mədətov
Fins.az

Seçilən
24
39
fins.az

10Mənbələr