AZ

İsrail ilə Fransa arasında gərginlik: Şərqi Qüdsdə 2 fransız jandarmı saxlanıldı

İsrail polisinin işğal altındakı Şərqi Qüdsdə Fransa ərazisi olan Pater Noster kilsəsində iki fransız jandarmını saxladığı bildirilib.

Turkustan.az xəbər verir ki, Fransa xarici işlər naziri Jan-Noel Barrotun Şərqi Qüdsdəki Pater Noster kilsəsini ziyarət etməzdən əvvəl İsrail polisi ilə fransız jandarmları arasında gərginlik yaşanıb.

Fransız jandarmları İsrail polisinin Fransa ərazisi statusuna malik Pater Noster kilsəsinə daxil olmasını istəməyib.

Bunun üzərinə İsrail polisi ilə Fransa jandarmları arasında gərginlik artıb.

İsrail polisi 2 fransız jandarmını saxlayıb və polis maşını ilə ərazidən uzaqlaşdırıb.

Digər tərəfdən Fransa jandarmlarının saxlandığı anların görüntüləri sosial şəbəkədə yayımlanıb.

Səsyazmalarda İsrail polisinin Fransa jandarmını saxlamağa çalışdığı, Fransa jandarmının isə toxunulmamasını istədiyi eşidilir.

Bunun üzərinə İsrail polisi fransız jandarmlarından birinin qolunu sıxaraq zorla yerə yıxaraq yaxalayıb və saxlayıb.

Daha sonra 2 fransız jandarmı polis maşınına mindirilərək ərazidən uzaqlaşdırılır.

Fransa mətbuatında yer alan xəbərlərə görə, xarici işlər naziri Barrot İsrail polisinin Fransaya məxsus əraziyə icazəsiz və silahla daxil olduğunu bildirib.

Barrot bu vəziyyətin qəbuledilməz olduğunu bildirib.

İsrail polisinin Pater Noster kilsəsinin yerləşdiyi ərazini tərk etməkdən imtina etdiyini bildirən Barrot, bu gün bu əraziyə daxil ola bilməyəcəklərini bildirib.

Barrot qeyd edib ki, Fransanın məsuliyyəti altında olan bir ərazidə bu pozuntu İsraillə gücləndirməyə çalışdığı əlaqələri zəiflətdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
16
1
turkustan.az

3Mənbələr