44 günlük haqq savaşımızın 4-cü ildönümüdür. Ali Baş Komandanın başçılığı ilə misilsiz qələbə çalan ordumuzun zəfər xəbəri xalqımızın yaddaşında silinməz izlər qoydu. Məhz bu tarixdən etibarən Azərbaycan qalib xalq olaraq tanınmağa başladı.
Ölkənin 4 bir yanında küçələrə axışan, şanlı bayrağımızı dalğalandıran azərbaycanlılar düşmənə gözdağı verdi. Haqq ədalətin bərpa olunduğunu bir daha göstərdi.
İnsanlar 4 il öncə bu şanlı tarixi necə xatırlayırlar? O günləri düşünərkən hansı hissləri keçirirlər?
Modern.az bununla bağlı şəhər əhalisi arasında sorğu keçirib: