1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa Liqası çərçivəsində Amsterdamın "Ayaks" və Təl-Əvivin "Makkabi" komandaları arasında keçirilən futbol matçından sonra İsrail azarkeşləri hücuma məruz qalıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Niderlandın küçələrində israillilərə və yəhudilərə qarşı zorakılıq halları ilə bağlı çox narahatedici məlumatlar daxil olub. Danon qeyd edib ki, Avropa 2024-cü ildə poqromlarla üzləşir və bu, İsrailin mübarizə apardığı radikal terrorizm tərəfdarlarının həqiqi xarakterinin əksidir.
Danon BMT-ni fələstinlilərdən və onların tərəfdarlarından gələn zorakılığı dərhal və aydın şəkildə pisləməyə çağırıb. O, həmçinin vurğulayıb ki, Niderland hakimiyyəti terrorizmə qarşı qəti tədbirlər görməlidir. O, hücum edənlərin Fələstin dövlətinin simvolları olan geyimdə olduğunu göstərən video görüntüləri də paylaşıb.
İsrailin "Ynet" xəbər portalının məlumatına görə, hadisə stadionun çıxışında baş verib. Hücum nəticəsində ən azı beş azarkeş bıçaq xəsarəti alıb, bəziləri isə yoldan keçən avtomobillərin altında qalıb.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkə sakinlərinin Amsterdamdan təxliyə edilməsi barədə göstəriş verib. Onun ofisi bildirib ki, həmvətənlərə kömək üçün dərhal iki xilasetmə təyyarəsi göndəriləcək.
We are receiving very disturbing reports of extreme violence against Israelis and Jews on the streets of Holland. There is a pogrom currently taking place in Europe in 2024.
— Danny Danon 🇮🇱 דני דנון (@dannydanon) November 8, 2024
These are the true faces of the supporters of the radical terrorism we are fighting. The western world… pic.twitter.com/LwMC6q1Grf