AZ

"Bayden Ukrayna üçün 2 şey edə bilər" - Ukraynalı politoloq

Donald Trampın seçkilərdəki qələbəsindən sonra ABŞ-nin hazırkı Prezidenti Co Bayden hələ də Ukrayna üçün iki vacib işi görə bilər.

"AzPolitika" xəbər verir ki, bunu ukraynalı politoloq Maksim Nesvitaylov deyib.

“İndi Co Baydenin nəhayət ki, bir sıra qətiyyətli addımlar atmağa fürsəti var. O, Ukraynaya 6 milyard dollardan çox pul ayıra bilər. Bu, heç kimin ona mane ola bilməyəcəyi bir şeydir. Digər bir məsələ isə odur ki, Bayden Rusiya ərazilərinə hücum üçün uzaq mənzilli silahlardan istifadəyə icazə verə bilər. Bu, onun səlahiyyətində olan bir şeydir”, - Nesvitaylov deyib.

"AzPolitika.info"

Seçilən
5
azpolitika.info

1Mənbələr