“iPhone 15” 2024-cü ilin üçüncü rübündə qlobal smartfon satışlarına rəhbərlik edib.
KONKRET.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, ikinci və üçüncü yerləri “iPhone 15 Pro Max” və “iPhone 15 Pro” tutub.
Qeyd olunub ki, Pro modelləri ilk dəfə olaraq üçüncü rübdə bütün “iPhone” satışlarının yarısını təşkil edib.
“Samsung Galaxy A” modeli isə siyahıda 4-cü olub.
Məlik,
KONKRET.az