AZ

Dünya Bankı Ukraynaya 750 milyon dollar ayırıb

Dünya Bankı Ukraynaya 750 milyon dollar məbləğində yeni dəstək paketi elan edib.

Missiya.Az xəbər verir ki, bu barədə ölkənin Ukraynanın baş naziri Denis Şmıxal  özünün “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, vəsait Avropa İttifaqına (Aİ) daxil olmaq üçün zəruri olan institusional islahatların dəstəklənməsinə yönəlmiş “Ağıllı Fiskal İdarəetmə vasitəsilə Yenidənqurmaya Dəstək” layihəsi çərçivəsində veriləcək. 

O, bildirib ki, bu məbləğin bir hissəsi Yaponiya hökuməti tərəfindən dəstəklənən ADVANCE Ukraine fondundan ayrılacaq.

“Proqramın icrası müharibə şəraitində dövlət qurumlarının işini gücləndirməyə, vətəndaşlara əsas dövlət xidmətlərini tam həcmdə göstərməyə kömək edəcək. Layihə çərçivəsində islahatlar dövlət investisiyalarının və dövlət maliyyəsinin idarə edilməsinin səmərəliliyinin artırılmasına yönəlib. Lazım gələrsə, maliyyələşdirmə artırıla bilər”, - deyə Şmıxal vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr