UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin ən yaxşı qoluna namizədlər açıqlanıb.
Futbolpress.az xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın futbolçusu Toral Bayramovun “Bodo-Qlimt”ə vurduğu qol da yer alıb.
Toral bu nominasiyada “Qalatasaray”lı Yunus Akgün, “Ludoqorets”li Erik Markus və “Ayntraxt”lı OMar Marmuşla mübarizə aparacaq.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.