Ötən gecə Bursanın Mudanda rayonunda qəza baş verib.
News24.az xəbər verir ki, əldə edilən məlumata görə, Mudanyadan Bursa istiqamətində gələn Emre Tokçanın idarə etdiyi 16 ARF 009 nömrə nişanlı avtomobil yoldan çıxaraq baryerlərə çırpılıb.
Həddindən artıq sürət nəticəsində baryerləri keçən avtomobil aşıb və 40 metrlik xəndəyə yuvarlanıb. Qəzanı görən vətəndaşlar vəziyyəti 112 təcili yardım qruplarına xəbər verib.
Xəbər verildikdən sonra hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Polis qrupları ətrafda təhlükəsizlik tədbirləri görərkən, Bursa Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları sürücünü sıxışdığı yerdən xilas etmək üçün işə başlayıb.
Sağlamlıq qrupları Emre Tokçanın hadisə yerində həyatını itirdiyini təyin edib.
Məryəm İlhamqızı