AZ

İSRAİl MAYANI BATIRDI UKRAYNA İSƏ ÖLÜMÜNƏ VURUŞUR... - Tramp nə edəcək?

Demokratlar getdi, respublikaçı Tramp gəldi. “Bu nəyi dəyişdirəcək” deyə, dünya baş sındırır. Müəyyən dəyişikliklər əlbəttə ki, olacaq. Amma ABŞ o dövlətlərdən deyil ki, hakimiyyət dəyişikliyi dövlətin siyasi kursunu da kökündən dəyişdirsin.

Bu dövlətin idarəçiliyində “dərin dövlət” adlandırılan kölgə strukturlarının nə qədər əhəmiyyətli olduğu bilinən faktdır. Ağ Evin daxili və ya xarici siyasətində hansısa əhəmiyyətli yöndəyişmə nəzərdə tutulursa, kölgə strukturları əvvəlki komandanın görəvdən uzaqlaşdırılmasına və yeni vəzifələri həyata keçirəcək başqa komandanın vəzifəyə gətirilməsinə ciddi təsir göstərir. Emosianal və impulsiv hərəkətləri ilə tanınan Trampın yenidən prezident olması onu deməyə əsas verir ki, Ağ Ev hansısa istiqamətlərdə kəskin addımlara hazırlaşır.

Bu gün ABŞ İngiltərə ilə birlikdə Orta Şərqdə və Ukrayna-Rusiya arasında gedən iki böyük müharibənin ˝moderatoru˝ rolundadır. Trampın gəlişi ilə məhz bu iki cəbhədə ciddi dəyişikliklərin olacağı gözlənilir. Yönləndirmə və təhcizat məsələsində hər iki müharibə arasında sıx əlaqə var. Bununla belə, ən azı iki müstəvidə - müharibələrin gedişində və hər iki müharibənin dünya çapında doğurduğu beynəlxalq rezonanslarda ciddi fərqlər var. Həmin fərqlərə diqqət yetirək:

Seçilən
31
azpolitika.info

1Mənbələr