AZ

Bakıda yaşayış binasında qorxulu vəziyyət - Sakinlər narahatdır

Xətai rayonu, 8 Noyabr prospektindəki binanın tavanı uçub.

News24.az xəbər verir ki, 22 mənzilli bina qəzalı vəziyyətdədir. Qonşuların dediyinə görə, digər mənzillər də eyni problemlə üz-üzədir. Xoşbəxtlikdən bu dəfə ev sakinləri xəsarət almayıb.

Hadisə zamanı ev sakinləri, körpə uşaq və ana uçqun baş verəndə digər otaqda olublar.

İkimərtəbəli bina 22 mənzildən ibarətdir. Orda yaşayan sakinlər bildirirlər ki, bina uzun müddətdir, qəzalı vəziyyətdədir.

O da bildirildi ki, bina 1901-ci ilin tikilisidir.

Mənzil sahibi bildirib ki, tavanda uçqun ötən aydan başlayıb.

Xətai rayon Mənzil Təsəürrüfat Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, tikili uzunmüddətli istismardan sonra aşınmaya məruz qalıb və qəzalı binalar siyahısına daxil olunub. "Tədbir görüləcək, ya müvəqqəti cari təmir ediləcək, ya da dam örtüyü və fasadı əsaslı təmir olunacaq. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib", - deyə bildirilib. ( Xezerxeber.az )

Seçilən
19
6
news24.az

7Mənbələr