Ermənistanda belə bir rəy yaranıb ki, Nikol Paşinyan Azərbaycanla bir sıra məsələlərdə gizli anlaşıb. Tribunainfo.az xəbər verir ki, bu fikirləri əsasən erməni müxalifəti yayır.
Bəzən onların xəbərləri arasında elələri də olur ki, həmin məsələni ağıla gətirmək üçün ən yüksək fantaziuyaya malik olmaq lazımdır. Düzdür, bəzi ermənilər də var ki, nisbətən ağıllıdırlar. Onlar baş nazir Nikol Paşinyanı tənqid edən də ən azı ağlabatan səviyyədə fikirləri irəli sürürlər.
Tribunainfo.az xəbər verir ki, politoloq Beniamin Matevosyan onların arasında nisbətən ağıllılardan hesba olunur. O deyib: “Nikol Paşinyan 2018-ci ildən bəri yürütdüyü siyasətlə, nəinki Qarabağı danışıqlar masasına gətirmədi, həm də Ankara və Bakının mövqelərini Ermənistana qarşı mümkün qədər birləşdirdi”.