AZ

Tramp Putinə görə daxili qüvvələrlə mübarizə aparacaq” - Açıqlama

“Tramp seçki kampaniyası zamanı bildirirdi ki, münaqişələri, xüsusilə də Rusiya-Ukrayna müharibəsini qısa müddətdə bitirəcək. Proqnozlar da buna əsasən verilir. İndi bütün dünya üçün maraqlıdır ki, Tramp bu müharibə ilə bağlı vədini hansı formada yerinə yetirəcək? Dövlət Departamenti, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi və s. ABŞ-ın Ukraynaya dəstəyinin davam etdirilməsini istəyirlər, Maraqlıdır, Amerikada mövcud olan və prosesləri müəyyənləşdirən dərin dövlət Trampa imkan verəcəkmi ki, Rusiyanın tərəfini tutsun?.Yaxın zamanlarda bu suala cavab olaraq ".

Bunu Bakupost.az -a politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Tramp Rusiya-Ukrayna müharibəsində Putinin qələbəsinin tanınması üçün ölkə daxilindəki qüvvələrlə mübarizə aparmalı olacaq:

"Çünki onlar qəti şəkildə Rusiya ilə münasibətlərin sıxlanılmasını istəmirlər. Hətta buna qarşıdırlar. Hadisələrin gedişatı Trampın hansı ciddi addımlar atacağını göstərəcək. Buna bir az zaman lazımdır".

Sevinc,
BakuPost
Seçilən
17
bakupost.az

1Mənbələr