AZ

Tariximizin unudulmaz günü — Zəfər Bayramı

İyirmi bir əvvəl-2003- cü il oktyabrın 31- də Prezident İlham Əliyevin andiçmə mərasimindəki  verdiyi vəd hər birmizin yaxşı yadındadır. Prezident əlini Konstitusiyanın və Qurani- Kərimin üzərinə qoyaraq and içərək demişdir ki, Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyil. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Həmin vaxtdan başlayaraq dövlətimizin başçısı bütün fəaliyyətini bu istiqamətə yönəltdi. İlk növbədə, ölkə iqtisadiyyatını möhkəmləndirdi, ordu quruculuğunun inkişafına xüsusi önəm verdi və nəticədə güclü, qüdrətli ordu yetişdi. Elə bir ordu ki, Azərbaycanın işğal altında olan ərazilərini azad etmək iqtidarına qadir oldu. Biz 2020- ci ilin sentyabrında bu ordunun  gücünü, qüdrətini gördük. Təkcə biz yox, dünya ictimaiyyəti də bunun şahidi oldu.

Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi artıq xalqımızın 4 ildir ki, Qələbə sevinci ilə yaşadığını bildirib.

Onun sözlərinə görə, xalqımız üçün unudulmaz tarixə çevrilmiş 8 Noyabr – Zəfər Günü ölkəmizin bütün ərazisində böyük təntənə ilə qeyd edilir:

"Hələ torpaqlarımız işğal altında olan zaman  dövlətimizin başçısı həmişə deyirdi ki, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Bu illər ərzində Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bununla yanaşı, Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox , o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi".

Çingiz Qənizadə ölkəmizin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığından da söhbət açaraq deyib ki, Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb:

"BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi. Bütün bunlara baxmayaraq, ikili standartlar baş alıb gedir, işğalçı Ermənistana yardım və ianələr edilirdi. Ona görə də Azərbaycan işğal altında olan torpaqlarını öz qüvvəsi ilə azad etməli idi. Bundan ötrü kifayət qədər güclü ordumuz var idi. Bu ordu 2016- cı ilin Aprel döyüşlərində, 2020- ci il Tovuz əməliyyatında, nəhayət, 2020-ci il sentaybrın 27- də Ermənistanın sərhədimiz boyu başladığı təxribatlarda öz gücünü nümayiş etdirdi. Düşmən Azərbaycan Silahlı Qüvvələri qarşısında cəmi 44 gün davam gətirə bildi. Dövlətimizin başçısı Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarını Azərbaycanın gücləndirilməsinə yönəltmişdir. Vətən müharibəsinə qədər bütün addımlar bir amala xidmət edirdi: biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq".

Tanınmış hüquqşünas bildirib ki, müharibə dövründə xalq öz “dəmir yumruğ”unu, birliyini və gücünü nümayiş etdirə bildi:

"On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Noyabrın 8- də  Şuşanın azad olunmasından sonra müharibənin taleyi həll olundu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi".

Hüquq müdafiəçisi Ermənistanın bu məğlubiyyətdən nəticə çıxarmaqdansa, yenidən təxribatlara başlamasını, qeyri-qanuni erməni silahlı birləşmələrinin yenidən təxribatlar törətdiyini xatırladaraq deyib ki, bütün bunlar Qarabağda lokal xarakterli antiterror tədbirlərin həyata keçirilməsi zərurətini yaratdı. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi:

"21 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı və bir daha sübut etdi ki, o, verdiyi vədi yerinə yetirən Prezidentdir".  

Seçilən
24
3
demokrat.az

4Mənbələr