İstanbulda “Zəfər bayramı” adlı konfrans keçirilib.
“Sherg.az” xəbər verir ki, tədbir Qarabağ Zəfərinin 4-cü ildönümünə həsr olunub.
Konfrans “Karabakh is Azerbaijan!" Milli Platformasının Türkiyə Cümhuriyyəti Koordinatorluğu və onun tərkibində ““Qarabağ Azərbaycandır!” Koordine Etme Derneği”nin təşəbbüsü ilə Yeni Yüzyıl Universitetində həyata keçirilib.
Tədbirdə Yeni Yüzyıl Universitetinin rektoru Prof. Dr. Onu Yaşar Hacı Salihoğlu, Qazaxıstanın İstanbuldakı Birinci Baş Konsulu, TÜRKSOY təşkilatının İstanbul təmsilçisi Yerzhan Uaiis və Türkiyə Böyük Millət Məclisinin 21-ci dövr MHP millət vəkili Yaşar Bozkurt Öztürk, İstanbul Vəkillər Kollegiyasının vəkili Meltem Yıldırım və Konya Bürosu hüquqşünası vəkil Veysel Solak, professorlar, müəllim və tələbə heyəti iştirak ediblər.
Konfransın birinci hissəsində Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ardınca video-çarx təqdim edilib.
Açılış niqtində E.Abdurahmanlı və rektor Y.Hacısalihoğlu beynəlxalq hüquq çərçivəsində qazanılan Qarabağ Zəfərinin əhəmiyyətini vurğulayıblar. Həmçinin “iki dövlət, bir millət” deyərək, Azərbaycan-Türkiyə qardaşlığının ürək, iman, mübarizə və müqavimətinin birliyinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirin panel hissəsində professorlar Qarabağ müharibəsinin beynəlxalq hüquqda doğurduğu rezonans və Ermənistanın 30 illik qeyri-qanuni işğalının beynəlxalq hüquqa təsiri mövzusunda məruzələri ilə çıxış ediblər.
Sonda isə E.Abdurahmanlı məruzəçilərə təşəkkür edib və xatirə fotosu çəkilib.