AZ

Bu gün Qarabağ, Zəngəzur tikinti meydançasını xatırladır, tikilir, qurulur... - İbrahim Cəfərov yazır

İbrahim CƏFƏROV

***

Dəyərli dostlar, ürəkdən gələn bəzi fikirlərimi Sizlərlə bölüşmək istəyirəm, hesab edirəm ki, hər dövlətin, millətin, xalqın yaşaması üçün Onun sahibi, lideri olmalıdır.

1987- ci ilin payızını yada salmaq istərdim: mənfur M. Qorbaçovun təkidi ilə Heydər Əliyev SSRİ hökumətində tutduğu vəzifələrdən istefa verəndən günlər keçməmiş, Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi, akademik Aqanbekyan Fransada “ Humanite” qəzetinə müsahibə verərkən Dağlıq Qarabağın iqtisadi baxımdan Ermənistanin tərkibində olmasının vacibliyindən bəhs edir və az keçməmiş həmin ərazilərdə “miatsum” hərəkatı başlayır, xalqımız ayağa qalxır, lakin lider yoxdur, “bambılı” Vəzirov respublikanı idarə edə bilmir, sonda “20 yanvar” qırğını başlayır, Vəzirov dabanına tüpürüb Moskvaya ağalarının yanına qaçır.

Heydər Əliyevsiz 1987-1993- cü illərdə, yəni cəmi 6 ildə başımıza nələr gəlmir, 1990- il Yanvar qırğınları, 1992- ci il Xocalı qətliamı, 1993- cü il vətəndaş müharibəsinin astanası. Bəli, dövlətin də, millətin də, xalqın da sahibi, lideri olmalıdır.

Müasir Azərbaycan dövlətinin qurucusu, memarı Heydər Əliyevdir, ümummilli liderdir. Onun bu xalqa ən əziz əmanətlərindən biri də möhtərəm cənab Prezident İlham Əliyevdir, atadan qalma yarımçıq işləri görür, ölkəni yenidən qurur, Azərbaycanı ZƏFƏRə daşıyır, cəmi 44 günlük əməliyyatla torpaqlarımızı işğaldan azad edir, cəmi 23 saat 43 dəqiqəyə antiterror əməliyyatları keçirir və ölkənin suverenliyini bərpa edir. Bu gün Qarabağ, Zəngəzur tikinti meydançasını xatırladır, tikilir, qurulur, artıq 30 min sakin dədə - bsba torpaqlarında yaşayır. Bunları Sizinlə bölüşmək istədim.

“ZƏFƏR”in mübarək, Azərbaycan!!!

MİA.AZ

Seçilən
10
3
mia.az

4Mənbələr