AZ

Şolzu Habek əvəzləyə bilər -"Bild"

Almaniyanın iqtisadiyyat naziri və Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habek ölkədəki siyasi böhran fonunda kansler postuna seçkilərdə iştirak etməyi planlaşdırır. Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

"BILD-in məlumatına görə, o, qərarını bu gün rəsmən elan etməyi planlaşdırır", - nəşr bildirib.

Qeyd edilib ki, noyabrın 6-da Almaniyada siyasi böhran başlayıb. Bu böhran iqtisadiyyat və siyasətdə bir sıra məsələlər, o cümlədən Kiyevə gələcək yardımla bağlı koalisiyada fikir ayrılığı ilə bağlıdır.

Tural

Seçilən
20
news365.az

1Mənbələr