AZ

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Zəfər Günü qeyd edilib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə çıxış edən XRİTDX-nın rəisi general – leytenant İlqar Musayev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasət nəticəsində 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpa olunması haqqında ətraflı məlumat vermişdir. İ. Musayev Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gün sürən hərbi əməliyyatlar nəticəsində əldə olunmuş parlaq qələbəni xüsusi qeyd etmiş və 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi bərpa edildiyini vurğulamışdır.

Sonda Xidmət rəisi tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təltif olunan əməkdaşlara medallar təqdim olunmuşdur.

Seçilən
11
xalqqazeti.az

1Mənbələr