AZ

Çin və ÜST Pekində ənənəvi tibb üzrə qlobal konfrans keçirəcək

 Çin və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabrın 3-4-də Pekində ənənəvi tibb üzrə qlobal konfrans keçirəcək. 

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, konfransın təşkilatçıları Pekin hökuməti, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi və Çinin Ənənəvi Çin Təbabəti üzrə Dövlət İdarəsidir. 

Konfransda ənənəvi tibb sahəsində elmi tədqiqatlar, təhsil, o cümlədən bu sahədə rəqəmsal və smart texnologiyalardan istifadə kimi məsələlər müzakirə olunacaq.

Konfransa beynəlxalq təşkilatların, müxtəlif ölkələrin dövlət orqanlarının nümayəndələri, o cümlədən ekspertlər və sahibkarlar dəvət olunub. 

Açılış mərasimində təxminən 1200 nəfərin iştirakı gözlənilir.

Gülşən Şərif

Seçilən
10
bakivaxti.az

1Mənbələr