Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsindən deputat seçilən Polad Bülbüloğlu 8 Noyabr - Zəfər Günü ilə bağlı Şuşaya gedib.
Musavat.com bildirir ki, Şuşaya ilk köç edənlərdən biri, tanınmış jurnalist Kərim Kərimli bununla bağlı sosial şəbəkədə foto paylaşaraq qeyd edib:
"Son 34 ildə ilk dəfədir ki, Şuşadan seçilmiş deputat Şuşaya gəlir və ümumiyyətlə, Şuşa camaatının arasında görünür".
Xatırladaq ki, Azərbaycanın Rusiyada səfiri olmuş Polad Bülbüloğlu bu ilin sentyabrında Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsindən deputat seçilib.
Xalidə Gəray
Musavat.com