Bakı. Trend:
8 Noyabr qəhrəman şəhidlərimizin qanı və canı bahasınatariximizə əbədi həkk olundu
Bunu Trend-ə İkinci Vətənmüharibəsi iştirakçısı Vəzir Həsənov deyib.
O bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevinmüharibədən əvvəl və sonra xalqa, hərbçilərə göstərdiyi qayğı vədiqqətidir ki, müharibə qəhrəmanlarımızı tarixdə əbədiləşdirməküçün belə bir möhtəşəm Zəfər Parkı inşa olunub:
"Bu gün 44 günlük zəfər müharibəsindən dörd il ötür. Cənab AliBaş Komandanımızın rəhbərliyi altında 30 ildən artıq düşmən tapdağıaltında qalan torpaqlarımız işğaldan azad olundu. 8 Noyabr bizimüçün unudulmaz bir tarixdir. Başda bütün şəhid ailələri olmaqla,xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Onlarınövladlarının ruhu qarşısında baş əyirik".
Qeyd edək ki, bu gün 8 Noyabr Zəfər Günü ilə bağlı Bakınınmüxtəlif ərazilərində yürüş keçirilib.
Xatırladaq ki, Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeydolunur.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı"Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında"sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.