Braziliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ın hücumçusu Neymar karyerasını ölkəsində davam etdirmək qərarına gəlib.

İndex.az “Goal”a istinadən xəbər verir ki, yanvarda “Əl-Hilal”la müqaviləni ləğv etmək istəyən 32 yaşlı futbolçu Braziliyanın “Santos” klubuna keçməyə razılaşıb.

Uzun müddət zədədən əziyyət çəkən hücumçu cari mövsümdə cəmi iki matçda iştirak etsə də, heç bir məhsuldarlıq göstərməyib.

Qeyd edək ki, Neymar “Əl-Hilal”a 2023-cü ilin avqustunda keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı, hücumçunu 30 milyon avro dəyərində qiymətləndirir.