“Gürcüstanla ABŞ arasında yaranan siyasi böhranın Tramp tərəfindən tənzimlənməsi gözlənilir. Vaşinqtonla "Gürcü Arzusu" hökuməti arasında münasibətlər normallaşdıqdan sonra Avropa İttifaqı da Gürcüstanla siyasi əlaqələri bərpa edə bilər. Gürcüstanda müxalifətin etiraz mitinqləri nəticə verməyəcək. Müxalifət seçkinin nəticələrini tanımasa da, mövcud reallıqları qəbul edərək, parlamentə gedəcək”.
Bu fikirləri Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, Avropa İttifaqı Gürcüstanla bağlı sərt siyasətdən imtina edəcək:
"Çalışacaqlar ki, rəsmi Tiflislə şərt dilində danışmasınlar, normal siyasi əlaqələr davam etdirilsin. ABŞ -da Trampın seçilməsinin ABŞ-Avropa tandeminin zəifləməsinə, Cənubi Qafqaz siyasətində ayrı-ayrı siyasi xətlərə gətirib çıxarması mümkündür. Gürcüstan da 20 il ərzində oturmuşmuş demokratik təsisatların deqradasiyaya uğraması nəticəsində "Gürcü Arzusu" hakimiyyətini gücləndirəcək. Bu da Gürcüstanın zəifləməsinə və regional mövqeyini itirilməsinə gətirib çıxaracaq”.
Sevinc,
BakuPost