“Məqsədimiz Azərbaycanın və dünyanın bu problemə diqqətini çəkməkdir”.
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Sağlam Gələcək üçün Gənclər" (Y4HF) flaşmobunun açılış mərasimində deyib.
O bildirib ki, bu tədbir su problemlərinə həsr olunub: “Bu günlərdə iqlim dəyişikliyi ilə bağlı belə silsilə tədbirlər keçiriləcək. İdmançılarımıza, olimpiayaçılarımıza bu tədbirə qatıldıqları üçün təşəkkür edirəm. İnanıram ki, belə tədbirlər sayəsində iqlim dəyişikliyinin qarşısını alacağıq və sağlam həyat tərzi yaşayamağa davam edəcəyik”.
Aytac Sahəd
İdman.biz