AZ

Azərbaycanda əcnəbilərə əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələri elektron qaydada veriləcək

Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən (müddəti uzadılan) iş icazələri elektron qaydada tərtib olunacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Miqrasiya Məcəlləsinə dəyişikliyin tətbiqi ilə bağlı imzaladığı Fərmanda əksini tapıb.

Fərmana əsasən Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən (müddəti uzadılan) iş icazələrinin elektron qaydada tərtib edilməsini və işəgötürənə təqdim edilməsini təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməlidir.

Seçilən
12
apa.az

1Mənbələr