AZ

"Füzuli rayonunda 3 mindən çox vətəndaşımız məskunlaşıb"- Vüqar Bayramov

"Bu gün ölkəmiz Zəfər Gününü qeyd edir və Azərbaycan tarixinin ən şanlı günləri və ən parlaq səhifələri yaşanır. 44 günlük müharibədə əldə etdiyimiz zəfərlə təkcə torpaqlarımız işğaldan azad olunmayıb, 27 il işğalda, əsarətdə qalmış ruhumuz da öz azadlığına qovuşub. Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezident Ilham Əliyev idarəçiliyinin yetirmələridir."

Millət Vəkili Vüqar Bayramov bunu News365.az-a açıqlamasında deyib.

27 il həsrətlə baxdığımız torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunan bütün digər ərazilərimiz kimi Füzuli rayonu da Azərbaycan Prezidentinin rəhbərliyi altında yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Artıq Füzuli rayonunda 3 mindən çox vətəndaşımız məskunlaşıb.
Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb. Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq.
Seçilən
11
news365.az

1Mənbələr