Bakı. Trend:
İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatınınnəticələri hesab edirəm ki, Ermənistan üçün bu günə qədər düzgünaddımlar atmaq üçün kifayətdir.
Trend xəbərverir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətiləxalqa müraciətində söyləyib.
Ancaq unutmamalı olduğumuz bir məsələnin olduğunu bildirəndövlətimizin başçısı qeyd edib: "Bu gün bu vəziyyətlə barışmaqistəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturanislamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrikedirlər".