AZ

Fernandu Santuş: "Həmişə çıxış yolu tapılmalıdır"

"Həmişə çıxış yolu tapılmalıdır".

Bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlarla bağlı mətbuat konfransında deyib.

Mütəxəssis Renat Dadaşovun yoxluğunda və Mahir Emrelinin Estoniya ilə oyunda meydana çıxmama potensialının fonunda hücumdakı problemləri necə həll edəcəkləri ilə bağlı sualı cavablandırıb:

"Həmişə çıxış yolu tapılmalıdır. Bəzi oyunçular vəziyyətdən çıxmağa kömək ola bilərlər. Əlimizdə olan materiallardan istifadə edəcəyik. Qarşıdan gələn məşqlərdə oyunçuları yoxlayacağıq və kimin hücumda oynaya biləcəyinə qərar verəcəyik".

O, "Araz-Naxçıvan"ın futbolçusu Mustafa Əhmədzadənin oyununun onun diqqətini cəlb etdiyini bildirib:

"Mustafanın oyununu gördüm və məni cəlb etdi. Oyunu ilə diqqətimizi cəlb etdiyi üçün onu məşqlərə dəvət etməyi qərara aldıq".

Baş məşqçi hər oyuna qələbə üçün çıxırdıqlarını bildirib. Mütəxəssis millinin qarşıdakı oyunlara qələbə üçün çıxacağını vurğulayıb:

"Hər oyuna qələbə üçün çıxırıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Amma yeni layihənin başlanğıcındayıq. Gələcəkdə yaxşı olacağına ümid edirəm".

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniya ilə qarşılaşacaq Azərbaycan yığması bundan 3 gün sonra səfərdə İsveçin qonağı olacaq.//Report.az

Seçilən
18
3
qaynarinfo.az

4Mənbələr